İlon Mask "Yadplanetlilər varmı?" sualına cavab verib
Redaksiya
Amerikalı milyarder İlon Mask İtaliyada keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, insan Süd Yolu qalaktikasında yeganə şüurlu varlıqdır.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, İlon Mask hansısa yadplanetli qüvvələrin olmadığını qeyd edib:
“Həqiqət budur ki, qalaktikamızda insanlardan başqa çox az canlı var. Mən yadplanetlilərlə bağlı heç bir dəlil görməmişəm. Çox güman ki, insanlıq qalaktikanın yaşadığımız hissəsində yeganə şüurlu varlıqdır”, - deyə o bildirib.