Ana səhifə / Siyasət / Sadır Japarov ölkə bayrağının dəyişdirilməsini istəyir Sadır Japarov ölkə bayrağının dəyişdirilməsini istəyir 16.12.2023, 18:42 Redaksiya Qırığızıstan Prezidenti Sadır Japarov ölkə bayrağının dəyişdirilməsi ideyasını irəli sürüb. "Operativ Media" xəbər verir ki, nəticədə sosial şəbəkələrdə #dontchangetheflag həştəq kampaniyası yaranıb. Sadır Japarov bildirib ki, 30-a yaxın xarici ölkədə səfərdə olub, hər getdiyi ölkədə ona bayraqla bağlı suallar verilir. "Bizim bayraq günəbaxan kimi görünməməlidir. Məndən soruşurlar ki, siz aqrar respublikasınız?"-deyə Japarov bildirib. Qanun layihəsinin müzakirəsi hələ də davam edir.