Ağ Ev: Rusiya və ABŞ əsir və məhbusların mübadiləsi ilə bağlı müzakirələri davam etdirir
"Moskva və Vaşinqton girov olan şəxslərin mübadiləsi və həbs edilmiş Evan Qerşkoviçin və Paul Uilanın Rusiyadan ABŞ-yə qaytarılması ilə bağlı məsələləri fəal şəkildə müzakirə etməkdə davam edir".
"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə deyib.
O, Rusiya prezidenti Vladimir Putinin bəyanatlarını şərh edib: "Putin haqlıdır. Biz Moskva ilə Evan və Paulu aid olduqları evə gətirmək barədə danışmağa davam edirik, bu müzakirələr davam edir və aktivdir".