Ana səhifə / Dünya / Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 5 nəfər ölüb Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 5 nəfər ölüb 10.12.2023, 23:49 Türkiyənin Tokat-Sivas avtomobil yolunda mikroavtobus yük maşınına çırpılıb. "Operativ Media" TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində mikroavtobusda olan 5 nəfər ölüb. Hadisə yerinə təcili tibbi yardım maşınları və polis qrupları cəlb edilib. Xilasetmə qrupları tərəfindən xilas edilən 5 nəfərin yoxlamalar zamanı öldüyü müəyyən edilib. Hadisənin səbəbləri araşdırılır.