Rusiyada prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
Nərmin Qocamanlı
Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası qərar qəbul edib.
"Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilsin. Bu qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minir", - məlumatda qeyd olunub.