24 saat ərzində Qəzza zolağında 700-dən çox fələstinli həlak olub
HƏMAS hərəkatı son 24 saat ərzində Qəzza zolağında 700-dən çox dinc sakinin öldürüldüyünü iddia edib.
"Operativ Media" xəbər verir ki, bu barədə təşkilatın rəsmi "Telegram" kanalında məlumat verilib.
"İsrailin işğalı nəticəsində son 24 saat ərzində 700-dən çox Fələstin vətəndaşı həlak olub. 1,5 milyondan çox fələstinli artıq evlərini tərk etmək məcburiyyətində qalıb", - məlumatda qeyd olunub.
Qeyd edək ki, dekabrın 1-i səhər saatlarında İsrail ordusu HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzza zolağında döyüş əməliyyatlarına qayıtdığını elan edib. Fələstin Administrasiyası İsrailin yeni əməliyyatlarında ABŞ-ni günahlandırıb.