Menyu

Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir

Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir

"Fələstin anklavında atəşkəsdən sonra İsrailin yenidən bombardmanları nəticəsində Qəzza zolağının 200-ə yaxın sakini həlak olub". 

"Operativ Media" xəbər verir ki, bu məlumatı sektorun Səhiyyə Nazirliyi yayıb.

"Cümə günü səhər saatlarından indiyədək İsrailin Qəzzaya təcavüzü nəticəsində 178 nəfər həlak olub", - Səhiyyə Nazirliyinin "Facebook" səhifəsində qeyd edilib.

İdarə 589 nəfərin xəsarət aldığını qeyd edib. Məlumata görə, qurbanların əksəriyyəti qadınlar və yeniyetmələrdir.

Dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında hərbi əməliyyatları bərpa etdiyini bəyan edib. Fələstin Administrasiyası İsrailin yenidən təcavüzkar hərəkətlərinə görə ABŞ-ni günahlandırıb. 

Əlaqəli Xəbərlər