Menyu

Blinken Qəzzada döyüşlərin yenidən başlamasında HƏMAS-ı günahlandırıb

Blinken Qəzzada döyüşlərin yenidən başlamasında HƏMAS-ı günahlandırıb

ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağında döyüşlərin yenidən başlanmasında HƏMAS hərəkatını günahlandırıb.

"Operativ Media" xəbər verir ki, o, bu barədə BMT Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransında iştirak etmək üçün səfər etdiyi Dubayda jurnalistlərə verdiyi açıqlamada bildirib.

"Qəzza zolağında humanitar fasilənin niyə başa çatdığını anlamaq vacibdir. Bu (humanitar fasilə - red.) HƏMAS-a görə sona çatdı. HƏMAS öz öhdəliklərini tərk etdi", - Blinken iddia edib. 

Onun sözlərinə görə, hazırkı vəziyyətdə ABŞ HƏMAS-ın əlində saxladığı girovlarının azad edilməsi üçün fəal şəkildə səylərini davam etdirir və Yaxın Şərqdə hərbi əməliyyatların genişlənməsinin qarşısını almağa yönəlmiş səylər göstərir: "Biz həm də bu münaqişənin genişlənməməsinə diqqət yetirmişik".
 

Əlaqəli Xəbərlər