Menyu

Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib

Nərmin Qocamanlı
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib

Gürcüstan Müsəlmanları İdarəsində (GMİ) kadr dəyişikliyi baş verib.

"Operativ Media" xəbər verir ki, dekabrın 1-də GMİ-nin yeni şeyxi postuna seçkilər keçirilib.

Səsvermənin nəticələrinə görə, üç namizəd arasından hacı Faiq Nəbiyev GMİ-nin yeni şeyxi seçilib. O, qarşıdakı beş il ərzində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi vəzifəsini icra edəcək.

GMİ-nin əvvəlki şeyxi hacı Ramin İgidov bu dəfə seçkilərdə namizədliyini irəli sürməyib.

Əlaqəli Xəbərlər