Rusiya və Macarıstan XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər
Nərmin Qocamanlı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Macarıstanın xarici işlər naziri Peter Siyarto ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində keçirilən görüşdə Ukraynadakı vəziyyəti və təşkilatın fəaliyyətini müzakirə ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Tərəflər ATƏT-in fəaliyyətinin əsas məsələlərini və aktual beynəlxalq problemləri, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər”, - Rusiya XİN-dən bildirilib.