Ana səhifə / Dünya / Qazaxıstanda ilin əvvəlindən 17 mindən çox qızılcaya yoluxma halı qeydə alınıb Qazaxıstanda ilin əvvəlindən 17 mindən çox qızılcaya yoluxma halı qeydə alınıb 29.11.2023, 09:59 Redaksiya Qazaxıstanda ilin əvvəlindən 17 mindən çox qızılcaya yoluxma halı qeydə alınıb. "Operativ Media" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, ölkənin bütün bölgələrində virus aşkarlanıb. Ən yüksək xəstələnmə nisbəti 3 mindən çox hadisənin qeydə alındığı Çimkənddə müşahidə olunub. Səhiyyə naziri Azhar Giniyat bildirib ki, qızılcaya yoluxanların 82%-dən çoxu uşaqlardır, onların əksəriyyəti peyvənd olunmayıb.