Stoltenberq: NATO Ukraynanı alyansa üzv olmağa dəstəkləməyə hazırdır
"NATO-ya üzv ölkələrin xarici işlər nazirləri alyansa qoşulmaq yolunda Ukraynanı dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər".
"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.
"Bugünkü görüşümüzdə müttəfiqlər NATO-ya gedən yolda Ukraynanı dəstəkləməkdə qərarlı olduqlarını və Kiyevə sarsılmaz dəstəyini bir daha təsdiqlədilər", - Stoltenberq deyib.