ABŞ Dövlət katibi Qətərin Baş naziri ilə telefon danışığı aparıb
Nərmin Qocamanlı
ABŞ Dövlət katibi Antoni Blinken Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller "X"də bildirib.
Telefon danışığı zamanı Blinken Al Taniyə Qətərin Qəzzada girov müqaviləsinin həyata keçirilməsində və humanitar fasilənin həyata keçirilməsində roluna görə minnətdarlığını ifadə edib.