Hindistanın qərbində gün ərzində ildırım çaxması nəticəsində azı 20 nəfər ölür
Redaksiya
Hindistanın qərbindəki Qucarat ştatında son sutka ərzində ildırım vurması nəticəsində azı 20 nəfər ölüb.
"Operativ Media"nın məlumatına görə, ştatın Fövqəladə Hallar Mərkəzindən bildirilib ki, son vaxtlar qeyri-adi güclü tufanlar qeydə alınıb.
“Hələlik Qucaratın müxtəlif yerlərində ümumilikdə 20 ölüm faktı qeydə alınıb. Bütün bu hallar noyabrın 26-da ştatda tüğyan edən mövsümi olmayan yağışlar zamanı baş verən ildırım vurmaları ilə bağlıdır”, - deyə məlumatda bildirilir.