14 milyon ABŞ sakininə qışın şiddətli keçəcəyi barədə xəbərdarlıq edilib
"Düzənliklərdən Böyük Göllərə qədər fırtına 14 milyon amerikalını sərt qış təhlükəsi ilə üz-üzə qoyub".
"Operativ Media" xəbər verir ki, bui barədə "NBC News" məlumat yayıb.
Federal meteoroloqların bildirdiyinə görə, Nyu-Meksikodan Kanzasa və Oklahomadan Yuxarı Orta Qərbə qədər normadan aşağı temperatur gözlənilir. Artıq yağış və bəzi ərazilərdə yarım fut (15 sm-ə qədər) qar yağacağı gözlənilir.
"NBC News" bildirir ki, havanın temperaturu normadan 5-30 dərəcə aşağı düşə bilər.