KİV: Misir, Qətər və ABŞ humanitar atəşkəsin uzadılması ilə bağlı məsləhətləşmələr aparır
"Misir, Qətər və ABŞ Qəzza zolağında humanitar atəşkəsin uzadılması ilə bağlı intensiv məsləhətləşmələr aparır".
"Operativ Media" xəbər verir ki, bu barədə Misir dövlətindəki mənbəsinə istinadən "Əl-Qahira əl-Ekhbariya" telekanalı məlumat yayıb .
"Misir və Qətərin əvvəlki səyləri girov və əsirlərin dəyişdirilməsi prosesini başa çatdırmağa və humanitar atəşkəs rejimini davam etdirməyə imkan verdi", - mənbə əlavə edib.