Ana səhifə / Dünya / Blinken yaxın günlərdə İsrailə səfər edə bilər Blinken yaxın günlərdə İsrailə səfər edə bilər 26.11.2023, 13:16 "İsrail yaxın günlərdə ABŞ dövlət katibi Antoni Blinkenin səfərini gözləyir". "Operativ Media" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Blinken oktyabrın 7-də Qəzza zolağında gərginliyin artmasından sonra İsrailə dördüncü dəfə gələcək. Qəzetin yazdığına görə, dövlət katibinin səfəri gələn həftə baş tutacaq.