Yaponiya və Cənubi Koreya Şimali Koreyanın kəşfiyyat peyki daşıyan raketin buraxılışını pisləyib
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və onun cənubi koreyalı həmkarı Park Çin Pusanda danışıqlar zamanı noyabrın 21-də Koreya XalqDemokratik Respublikasının (KXDR) ilk kəşfiyyat peykini orbitə buraxmasını pisləyiblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Nazirlər KXDR-in ballistik raketinin buraxılışını qətiyyətlə pisləyiblər. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır", - deyə departamentin bəyanatında vurğulanıb.
Bundan əlavə, Kamikava Yaponiya vətəndaşlarının Şimali Koreya kəşfiyyat xidmətləri tərəfindən oğurlanması məsələsini dərhal həll etmək üçün Cənubi Koreya hökumətinin ardıcıl dəstəyinə görə minnətdarlığını bildirib.