Ermənistan və Səudiyyə Ərəbistanı diplomatik münasibətlərin qurulmasına dair protokol imzalayıb
Nərmin Qocamanlı
Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasına dair protokol imzalanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu barədə protokolu ötən gün Əbu-Dabidə Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanının səfiri Sultan bin Abdulla Əl-Anqar imzalayıblar.