İsrail və HƏMAS-ın azad edəcəkləri məhbusların sayı açıqlanıb
Müvəqqəti atəşkəs çərçivəsində noyabrın 25-də HƏMAS-ın sərbəst buraxacağı israilli girovların sayı açılanıb.
"Operativ Media" bu barədə İsrail KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, İsrail 42 məhbusu, HƏMAS isə 14 girovu azad edəcək.
Qeyd edək ki, İsraillə müvəqqəti atəşkəs şərtlərinə uyğun olaraq noyabrın 24-də HAMAS 13 israilli girovu azad edib, eyni gündə 10 Tailand vətəndaşı da sərbəst buraxılıb.