İsrail ordusu yaxın günlərdə Qəzzada yenidən döyüşlərə hazırlaşacağını bildirib
"İsrail hərbçiləri Qəzza zolağının daxilində mövqelərini saxlayır və yaxın günlərdə anklavda humanitar fasilə başa çatdıqdan sonra gözlənilən hərbi əməliyyatların bərpasına hazırlaşacaqlar".
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həqari məlumat verib.
"Qəzzədə səhər saatlarından etibarən qüvvələrimiz atəşkəsə hazırlaşır. Komandirlər qüvvələrimizə məlumat verdilər, əsgərlərimizin təhlükəsizliyi Qəzzada ordumuz üçün ən yüksək prioritetdir. Önümüzdəki günlərdə İsrail Müdafiə Qüvvələri əməliyyata davam edəcək. Biz İsrail dövlətinə qarşı istənilən təhlükəyə qarşı hərəkətə keçəcəyik", - o, axşam brifinqində deyib.