Ana səhifə / Siyasət / Paşinyan Almaniya kəşfiyyatının rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib Paşinyan Almaniya kəşfiyyatının rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib 24.11.2023, 12:16 Nərmin Qocamanlı Ermənistanı Baş naziri Nikol Paşinyan Almaniya Federativ Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalı qəbul edib. "Operativ Media" xəbər verir ki, görüşdə Ermənistan və Almaniya arasında sahəvi əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Qeyd olunub ki, həmçinin, regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.