Menyu

Cənubi Koreya müharibədə həlak olan 25 Çin əsgərinin qalıqlarını təhvil verib

Nərmin Qocamanlı
Cənubi Koreya müharibədə həlak olan 25 Çin əsgərinin qalıqlarını təhvil verib

Cənubi Koreya 1950-1953-cü illər arasında Koreya müharibəsində həyatını itirmiş 25 çinli əsgərin qalıqlarını geri qaytarıb.

"Operativ Media" xəbər verir ki, Yonhap-ın məlumatına görə, sözügedən əsgərlərin qalıqları Cənubi Koreyanın paytaxtı Seulun İnçon hava limanında təşkil edilən mərasimdə Çin səlahiyyətlilərinə təhvil verilib.

Mərasimdə Cənubi Koreya müdafiə nazirinin müavini Kim Seon-ho və Çinin veteranlarla iş üzrə müavini Çanq Çinqquo da iştirak ediblər.

Cənubi Koreya 2014-cü ildə imzalanan layihə çərçivəsində indiyədək 938 Çin əsgərinin qalıqlarını geri qaytarıb.

Əlaqəli Xəbərlər