Ana səhifə / Dünya / Zaxarova: Rusiya Finlandiyanın hərəkətinə reaksiya verəcək Zaxarova: Rusiya Finlandiyanın hərəkətinə reaksiya verəcək 22.11.2023, 17:11 Nərmin Qocamanlı Finlandiya Rusiya-Finlandiya sərhədində yeni keçid məntəqələrini bağlamaq qərarına gələrsə, Rusiya buna cavab verəcək. "Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Əlbəttə, sərhəd-keçid məntəqələrinin bağlanmasına reaksiya olacaq", - Zaxarova bildirib. Qeyd edək ki, Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə yerləşən səkkiz keçid məntəqəsindən dördünü bağlamaq qərarına gəlib.