Ana səhifə / Siyasət / Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirməyə hazır olduğunu bildirib Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirməyə hazır olduğunu bildirib 22.11.2023, 10:55 Nərmin Qocamanlı Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı görüş keçirməyə hazır olduğunu bildirib. "Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. "Sülh danışıqları ilə bağlı təklifləri görüşlərdə təqdim etməyi düşünmüşdük, bu görüşlər baş tutmadı. İki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa, reallaşa bilər", - məlumatda qeyd olunub. Qeyd edək ki, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sərhəddə görüş təşkil etməyi təklif etmişdi.