Türkiyədə hava limanı mühafizəçiləri ilə Ümrə ziyarətindən qayıdan zəvvarların yaxınları arasında qarşıdurma olub
Türkiyədə ümrə ziyarətindən qayıdanları qarşılamaq üçün Diyarbəkir hava limanına gələn insanlarla mühafizəçilər arasında gərginlik yaşanıb.
"Operativ Media" xəbər verir ki, ziyarətçilərin qohumları hava limanında izdihama səbəb olub. Bu zaman naməlum səbəbdən mübahisə yaranıb və tərəflər arasında qarşıdurma baş baş verib. Zəvvar qohumlarından bir nəfər yaralanıb. O, xəstəxanaya aparılıb. Polisin müdaxiləsi ilə mübahisə sona çatıb.