Menyu

Çin Qəzzaya 4 milyon dollardan çox humanitar yardım edəcək

Çin Qəzzaya 4 milyon dollardan çox humanitar yardım edəcək

"Yaxın Şərqdə münaqişənin gərginləşməsindən sonra Çin Qəzza zolağına 4 milyon dollardan çox humanitar yardım göstərib".

"Operativ Media" xəbər verir ki, bunu Çin sədri Si Tsinpin BRİCS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) Yaxın Şərq üzrə fövqəladə sammiti zamanı onlayn çıxışında deyib.

"Çin Fələstin Milli Administrasiyası və BMT mexanizmləri vasitəsilə Qəzzaya 2 milyon dollar dəyərində təcili humanitar yardım göstərib. Misir vasitəsilə Çin Qəzza zolağına 15 milyon yuan (2,1 milyon dollar - red.) dəyərində ərzaq, dərman və digər humanitar ləvazimatlar çatdırıb", - deyə Çin lideri bildirib.

O əlavə edib ki, Çin Qəzza sakinlərinə ehtiyacları əsasında maddi yardım göstərməyə davam edəcək.
 

Əlaqəli Xəbərlər