Menyu

Qəzzada ölən media işçilərinin sayı 50-yə çatıb

Nərmin Qocamanlı
Qəzzada ölən media işçilərinin sayı 50-yə çatıb

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin başlamasından sonra Qəzzada həlak olan  jurnalistlər və media işçilərinin sayı 50 nəfərə çatıb .

"Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

“Noyabrın 20-nə olan məlumata görə, Jurnalistləri Müdafiə Komitəsinin ilkin araşdırması nəticəsində məlum olub ki, oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi başlayandan bəri həlak olanlar arasında ən azı 50 jurnalist və media işçisi olub", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər