İrəvan və Brüssel Aİ-nin Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar
Nərmin Qocamanlı
İrəvan və Brüssel Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.
Sazişi Ermənistan Xarici İşlər Nazirliyində xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıblar.
EUMA-nın statusu haqqında saziş missiyanın imtiyaz və hüquqlarını tənzimləməyə aiddir.
“Biz irəliləməyə və missiyanın ölkədəki mövcudluğunu daha da gücləndirməyə, sərhədin Ermənistan tərəfində sabitliyə və monitorinqə töhfə verməyə və baş verənləri görməyə hazırıq”, - deyə Maraqos bildirib.