"Operativ Media" xəbər verir ki, bu barədə IDRW məlumat yayıb.
Nəşr qeyd edir ki, Hindistan Ermənistana müdafiə avadanlığının əsas tədarükçüsünə çevrilir. Xüsusilə, 2020-ci ildə Ermənistanın Hindistandan 4 ədəd Svati mobil radar qurğusunu aldığı, 2022-ci ilin sentyabrında isə “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və müxtəlif döyüş sursatlarının alınması üçün 245 milyon dollar dəyərində müqavilə imzalandığı vurğulanır.