Cənubi Koreya it ətinin kəsilməsini və satışını qadağan edən qanun qəbul etməyi planlaşdırır
Nərmin Qocamanlı
Cənubi Koreya 2027-ci ildən it ətinin satışını qadağan edən qanun qəbul etmək istəyir.
"Operativ Media" xəbər verir ki, Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya hökuməti və hakim Vətəndaş Gücü Partiyası, it ətinin istehlakının dayandırılmasına yönəlmiş xüsusi qanun layihəsinin ilin sonuna kimi qəbul edilməsi üçün birgə səy göstərməyə razılaşıblar.
Cənubi Koreya hökumətinin məlumatına görə, hazırda ölkədə 1150-dən çox it ferması, 34 kəsim şirkəti, 219 satış şirkəti və menyularında it əti olan 1600-dən çox restoran var.