Finlandiya bu gecə Rusiya sərhədindəki 4 sərhəd-keçid məntəqəsini bağlayacaq
Nərmin Qocamanlı
Finlandiya sərhədçiləri bağlanmaqda olan Rusiya ilə dörd sərhəd keçid məntəqəsində maneələr quraşdıracaqlar .
"Operatriv Media" xəbər verir ki, bu barədə Cənub-Şərqi Finlandiyanın sərhəd Mühafizəsi məlumat yayıb:
"Cənub-Şərqi Finlandiyanın Sərhəd Mühafizəsi Vaalimaa, Nuijamaa və İmatra sərhəd keçid məntəqələrini noyabrın 18-də saat 00:00-dan etibarən bağlayacaq".
Finlandiya Nazirlər Kabineti bəyan edib ki, Rusiya ilə sərhəddə miqrasiya ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar 2024-cü il noyabrın 18-dən fevralın 18-dək ölkənin cənub-şərqində, Sankt-Peterburqa ən yaxın olan sərhəd-keçid məntəqələrinin tamamilə bağlanması barədə qərar qəbul edilib .