Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Operativ Media" Ermənistanın Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Paşinyan Ermənistan və Gürcüstan arasında əlaqələrin dinamik şəkildə inkişaf etməkdə davam etdiyini qeyd edib.
Görüş zamanı təhlükəsizlik və müdafiə, eləcə də regional sülh və sabitlik sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.