Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" hesabında paylaşım edilib:
"35 il əvvəl milli dirçəliş ruhu ilə istiqlalın yolunu tutan Azərbaycan türkü qardaşlarımız bu gün də eyni şüur və ruhla Qarabağı işğaldan xilas etdilər. Günü-gündən güclənən dəyərli qardaş və bacılarımızın Milli Dirçəliş Gününü qeyd edir, “Bir Millət, İki Dövlət” devizi ilə hər zaman bir yerdə olacağımızı bir daha hayqırırıq", - paylaşımda qeyd olunub.
Teqlər:
"T\u00fcrkiy\u0259 M\u00fcdafi\u0259 Nazirliyi Az\u0259rbaycan\u0131 t\u0259brik edib"