ABŞ Dövlət katibi İsrailin keçmiş müdafiə naziri ilə telefon danışığı aparıb
Nərmin Qocamanlı
ABŞ Dövlət katibi Antoni Blinken İsrailin keçmiş müdafiə naziri Benni Qantzla telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Blinken özünün "X" hesabında bildirib:
"Bu gün İsrail naziri Benni Qantz ilə Qəzzaya humanitar yardımın tranzitini artırmaq və sürətləndirmək səyləri ilə bağlı telefon danışığı olub. Mən məskunlaşanların ekstremist zorakılığı ilə üzləşmək və İordan çayının qərb sahilində gərginliyi azaltmaq üçün təcili addımların atılmasının vacibliyini vurğuladım", - o, qeyd edib.