Menyu

Xersonda partlayışlar baş verib

Xersonda partlayışlar baş verib

Ukraynanın Kiyevin nəzarətində olan Xerson şəhərinin Dnepr rayonunda partlayışlar baş verib. 

"Operativ Media" xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Roman Mroçko məlumat verib.

"Şəhərin Dnepr rayonunda partlayış səsləri eşidilir", - deyə o, "Telegram" kanalında yazıb.

Partlayış xəbərlərindən bir neçə dəqiqə sonra şəhərdə hava hücumu xəbərdarlığı elan edilib.

Daha sonra Ukraynanın "Strana" nəşri Xersonda yeni partlayış barədə məlumat yayıb.

Əlaqəli Xəbərlər