YUNESKO daxilində böhranın səbəbi nədir?
Qətər Əmiri şeyx Təmim bin Həməd Al Taninin anası Şeyxa Moza bint Nasir əl-Misnəd YUNESKO xoşməramlı səfiri vəzifəsini tərk edib. Onun bu addımı beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub.
“Operativ Media” xəbər verir ki, baş verən hadisələr əslində təşkilatın daxilində olan birtərəfli münasibətin təzahürüdür. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Lalə Xəlilzadə deyir ki, bu təşkilat daim ermənipərəst mövqeyi ilə seçilib.
''Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, bir həftə əvvəl yəni 9 noyabr tarixində Ermənsitan XİN rəhbəri ilə Parisdə Ararat Mirzoyan YUNESKO-nun 42-ci missyası çərçivəsində Odri Azulenin ilə görüşündə Azərbaycanla bağlı əsassız və yalan iddialar səsləndirib. O Qarabağ ərazisinə YUNESKO nümayənədələrinin göndərilməsi və oradakı abidələr ilə bağlı materialların toplanmasının zəruruiliyini bildirmişdir''.
YUNESKO-nun rəhbəri, fransız Odri Azulenin erməni lobbisi ilə yaxınlığı ilə də tanınır. Azərbaycanın dəfələrlə müraciət etməsinə rəğmən, bu təşkilatın Ermənistanın Azərbaycanın bütün tarixi və mədəni irsini məhv etdiyi Qarabağa missiya göndərmək istəməməsi də hamıya gün kimi aydın idi.
''Azərbaycan tərəfi dəfələrlə Azərbaycanın qarabağ bölgəsinə qiymətləndirmə missiyasının göndərilməsi ilə bağlı çağırışlar edib. Bu çağırışlar təəssüflər olsun ki, Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmalışdır. YUNESKO özü də 2005-ci il hesabatında bunu təsdiqləmişdir. şübhəsiz ki, bu faktları yunecso rəhbərinin mövqeyi ilə də əsaslandıra bilərik. Təşkilat bu gün də erməni lobbisinin təzyiqlərinə müqavimət göstərə bilmir”.