Menyu

Hərbi attaşelər Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər-FOTO

Nərmin Qocamanlı
Hərbi attaşelər Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər-FOTO

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçiriblər.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirlyindən məlumat verilib.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən səfərdə nümayəndələrə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ətraflı məlumat verilib.

Fotogalereya

Əlaqəli Xəbərlər