Menyu

BQXK nümayəndələri Azərbaycanda həbsdə olan ermənilərə baş çəkiblər

Redaksiya
BQXK nümayəndələri Azərbaycanda həbsdə olan ermənilərə baş çəkiblər

Noyabrın əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda həbsdə olan bəzi ermənilərə baş çəkiblər.

"Operativ Media" xəbər verir ki, bu barədə "Armenpress"ə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni məlumat verib.

“Biz Azərbaycan tərəfindən həbs edilən və adları təsdiqlənən bütün ermənilərə baş çəkməyi davam etdiririk. Söhbət 2020-ci ildən, 2021-ci ilin gərginliyindən sonra, eləcə də 2023-cü il sentyabrın 19-da həbs olunan və Azərbaycanda saxlanılan şəxslərdən gedir. Ziyarətlər dövri xarakter daşıyır. Bundan istifadə etməklə biz onlara ailələri ilə əlaqə saxlamaq imkanı veririk. Görüşlər hər bir məhkumla şəxsi söhbət formatında keçirilir, onları narahat edən bütün məsələlər və problemlər müzakirə olunur. Bütün bu şəxslərin sağlamlığı və onların saxlanma şəraiti BQXK əməkdaşlarının diqqət mərkəzindədir. Bütün bunlar həm şəxsi söhbətlər, həm də həbs yerlərində aparılan yoxlamalar vasitəsilə araşdırılır"-deyə Z.Amatuni bildirib.

Teqlər:

"BQXK n\u00fcmay\u0259nd\u0259l\u0259ri Az\u0259rbaycanda h\u0259bsd\u0259 olan erm\u0259nil\u0259r\u0259 ba\u015f \u00e7\u0259kibl\u0259r"

Əlaqəli Xəbərlər