Aİ XİN-ləri Azərbaycan və Ermənistan arasındakı son vəziyyəti müzakirə edəcəklər
Redaksiya
Bu gün Avropa İttifaqının xarici işlər nazirləri Ermənistan və Azərbaycan ətrafında baş verən son hadisələri müzakirə edəcəklər.
"Operativ Media" xəbər verir ki, Avropa Xarici Əlaqələr Şurasının iclası Brüsseldə keçiriləcək və ona Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel sədrlik edəcək.
Avropa İttifaqının xarici işlər nazirləri Ukraynadakı vəziyyəti, Ermənistan və Azərbaycan ətrafında baş verən son hadisələri müzakirə edəcəklər.
Daha sonra şurada İsrail və regiondakı vəziyyət, iqtisadi təhlükəsizliyin xarici siyasi ölçüsü ilə bağlı fikir mübadiləsi aparılacaq.