Türkiyə XİN: Aİ tarixən Fələstin-İsrail böhranında yanlış tərəfdə yer aldı
Türkiyə Xarici İşlər Nazirliyi Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi kontekstində Avropa İttifaqının (Aİ) yanlış tərəf tutduğunu bildirib.
"Operativ Media" xəbər verir ki, bu barədə departamentin Avropa Komissiyasının (AK) genişlənmə, o cümlədən Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosesinin illik hesabatında deyilir.
"Hesabat mətnində ölkəmizin HƏMAS və İsrail arasında müharibə ilə bağlı mövqeyinin Aİ-nin mövqeyi ilə tamamilə uyğun gəlmədiyinə dair tənqidi tərif kimi qiymətləndiririk. Tarixi mənada bunu Aİ-yə xatırlatmağı zəruri hesab edirik ki, ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqa və humanitar prinsiplərə əsaslanan siyasətlərin təkcə Ukraynaya və ya Avropanın başqa bir regionuna deyil, bütün dünyaya, o cümlədən Yaxın Şərqə şamil olunması lazımdır. Aİ bu münaqişədən tarixən yanlış tərəfdə yer aldı", - bəyanatda deyilir.