Menyu

Quterreş: Qəzza münaqişəsinin heç bir tərəfi beynəlxalq hüquqdan üstün deyil

Quterreş: Qəzza münaqişəsinin heç bir tərəfi beynəlxalq hüquqdan üstün deyil

"Qəzza zolağında münaqişə tərəflərindən heç biri beynəlxalq hüquqdan üstün deyil". 

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin baş katibi Antonio Quterreş deyib.

"IDF-nin quru əməliyyatları və davam edən bomba hücumları zamanı ordu mülki şəxslərə, xəstəxanalara, qaçqın düşərgələrinə, məscidlərə, kilsələrə və BMT obyektlərinə, o cümlədən sığınacaqlara zərbələr endirir. Heç kim təhlükəsizdə deyil. Eyni zamanda, Həmas və digər yaraqlılar mülki şəxslərdən canlı qalxan kimi istifadə edir və buna davam edir", - baş katib bildirib.

"Gördüyümüz hər şey və beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasından dərin narahatam. Açıq deyim: silahlı münaqişənin heç bir tərəfi beynəlxalq humanitar hüquqdan üstün deyil", - Quterreş əlavə edib. 

Əlaqəli Xəbərlər