Menyu

KİV: Putin 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib

Redaksiya
KİV: Putin 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib

Rusiya prezidenti Vladimir Putin 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

“Qərar verilib: o, namizədliyini irəli sürəcək”, - deyə mənbələrdən biri bildirib.

Adının çəkilməsini istəməyən xarici diplomatik mənbə Putinin bu qərarı bu yaxınlarda verdiyini və yaxın vaxtlarda bununla bağlı açıqlama veriləcəyini bildirib.

Əlaqəli Xəbərlər