Azərbaycan və Almaniya XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilir - YENİLƏNİB
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri Annalena Berbok arasında geniş tərkibdə görüş keçirilir.
"Operativ Media" XİN-ə istinadən xəbər verir ki, tərəflərin ikitərəfli və çoxtərəfli münasibətləri, eyni zamanda, bölgədə münaqişədən sonrakı vəziyyəti müzakirə etmək üçün geniş formatda görüşü keçirilir.
*** 19:41
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Berboku arasında görüş başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.