Menyu

"Xəzri-2023" birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilib - VİDEO

Nərmin Qocamanlı
"Xəzri-2023" birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilib - VİDEO

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində növbəti epizodlar üzrə fəaliyyətlər məşq etdirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Azərbaycan və Qazaxıstan HDQ-nin hərbi qulluqçuları keçirilən məşqlərdə verilən tapşırıqların icra edilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.

Teqlər:

"\"X\u0259zri-2023\" birg\u0259 taktiki t\u0259limind\u0259 n\u00f6vb\u0259ti epizodlar \u00fczr\u0259 f\u0259aliyy\u0259tl\u0259r m\u0259\u015fq etdirilib - V\u0130DEO"

Əlaqəli Xəbərlər