Menyu

Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Çinin Milli İnkişaf və İslahat Komissiyası arasında saziş imzalanıb

Nərmin Qocamanlı
Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Çinin Milli İnkişaf və İslahat Komissiyası arasında saziş imzalanıb

"Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının sədri cənab Cenq Şanciye ilə Azərbaycan-Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində reallaşdırılan təşəbbüslər, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi barədə fikirlərimizi bölüşdük".

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazir Mikayıl Cabbarov X-də bildirib.

O, qeyd edib ki, görüş çərçivəsində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin icrası ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsinə və investisiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

Nərmin Qocamanova

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər