Menyu

Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulub

Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “Operativ Media”ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

Teqlər:

"M\u00f6vqel\u0259rimiz at\u0259\u015f\u0259 tutulub"

Əlaqəli Xəbərlər