Menyu

Yunan azarkeşlərlə Xorvat azarkeşlər arasında dava düşdü, 1 azarkeş öldü

Əziz Əzizli
Yunan azarkeşlərlə Xorvat azarkeşlər arasında dava düşdü, 1 azarkeş öldü

Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan əvvəl xoşagəlməz hadisə baş verib. Zaqreb “Dinamo”su ilə Afinanın AEK komandalarının azarkeşləri arasında dava düşüb.

"Operativ Media" xəbər verir ki, oyun üçün Afinaya yollanan 100-dən çox xorvat azarkeş Yunanıstan paytaxtının küçələrində iştişaşa səbəb olub. Qeyd edək ki, UEFA azarkeşlərin səfər oyununa yollanmasına qadağa qoymuşdu. Buna baxmayaraq, xorvatlar Yunanıstana yollanmaq qərarına gəliblər.

İğtişaş nəticəsində 22 yaşlı bir fanat həlak olub. 8 nəfər isə ciddi xəsarət alıb. Polis 91 nəfəri həbs edib.

Həlak olan fanat yunan komandasının azarkeşidir. Xəsarət alanlardan 4-ü xorvat , 4-ü isə yerlidir. Bir azyaşlının vəziyyəti ağırdır. Onun başına daşla zərbə endirilib.

Məlumata görə, insidentin başlanmasının səbəbkarı qonaq komandanın azarkeşləri olub . Onlar əvvəlcə vedrələrdə tonqal qalayıblar, sonra isə bəzi avtomobillərin şüşələrini sındırıblar.

Xatırladaq ki, həmyerlimiz Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Yunanıstana gedib

Teqlər:

"Yunan azarkeşlərlə Xorvat azarkeşlər arasında dava düşdü 1 azarkeş öldü"

Əlaqəli Xəbərlər