Konfrans Liqası: "Neftçi" və "Sabah"ın Pley-offdakı potensial rəqibləri azaldı
Əziz Əzizli
"Neftçi” və “Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri azalıb.
"Operativ Media" xəbər verir ki, bu gün keçiriləcək püşkatma zamanı Azərbaycan klublarının cütlükləri müvafiq olaraq 2-ci və 4-cü qrupda yer alacaqlar.
3-cü təsnifat mərhələsində Türkiyə klubu “Beşiktaş”la qarşılaşacaq “Neftçi”nin cütü səpələnməmişlər səbətində olacaq. Onların potensial rəqibləri “Gent” (Belçika) – “Poqon” (Polşa) cütü, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütü, “Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü və “Lill” (Fransa) olacaq.