Azərbaycan-Ermənistan dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb
Azərbaycan-Ermənistan dövlət sərhədini pozmuş şəxs saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
"Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb", - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Teqlər:
"Azərbaycan-Ermənistan dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb"